Bəzi yerlərdə leysan yağır – Faktiki hava
Ölkə ərazisində avqustun 11-i saat 11:00-a olan faktiki hava şəraiti açıqlanıb.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakteri daşıyır.
Düşən yağıntının miqdarı Şahbuzda 11, Gəncədə 6, Daşkəsəndə 5, Kəlbəcərdə 3, Şərurda 2, Sabirabad, Altıağac, Qusar, Zaqatala, Xaltan (Quba), Culfa, Şuşa, Füzuli, Zəngilan, Gədəbəy, Qax, Kişçay (Şəki), Yevlax, Lerik, Cocuq Marcanlı, Goranboy, Göygöl və Naxçıvanda 1 mm təşkil edib.
Avqustun 10-da isə bəzi bölgələrdə qərb küləyi güclənib, küləyin maksimal sürəti Naftalanda 20, Culfada 19 m/s-yə çatıb.
No Comment! Be the first one.