Bərdə-Yevlax yolunda avtomobil ağaclığa aşıb – VİDEO
Bərdə-Yevlax avtomobil yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
hadiseler.info xəbər verir ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı əraziyə aşıb və ağaclığa düşüb. Hadisənin şahidləri tərəfindən çəkilmiş görüntülər sosial şəbəkələrdə yayılıb.
Qəza nəticəsində xəsarət alanların və olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.