Bakı Aeroportu Formula 1 günlərində gücləndirilmiş iş rejiminə keçir
Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran-Prisi 2026 ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin və uçuş intensivliyinin artacağı gözlənilir.
hadiseler.info xəbər verir ki, artan sərnişin axınının çevik idarə olunması, əməliyyat processeslərinin fasiləsizliyi və xidmətlərin operativ təşkili məqsədilə hava limanı 19–27 sentyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu dövrdə müvafiq struktur bölmələrin fəaliyyəti artırılacaq.
Sərnişinlərin səfərlərini daha rahat və maneəsiz təşkil etmələri üçün aşağıdakı tövsiyələr verilir:
Hava limanına əvvəlcədən gəlmək: Registrasiya, baqaj təhvili və təhlükəsizlik prosedurları üçün əlavə vaxt nəzərdə tutun.
Onlayn qeydiyyatdan istifadə etmək: Onlayn qeydiyyat, self check-in və baggage drop-off xidmətlərindən yararlanaraq vaxta qənaət edin.
Uçuş məlumatlarını yoxlamaq: Uçuş statusunu və terminalı elektron bilet və ya aviaşirkətin rəsmi resurslarından dəqiqləşdirin.
İctimai nəqliyyata üstünlük vermək: “28 May” metro stansiyasından fəaliyyət göstərən “Aeroexpress” avtobuslarından istifadə edin.
Parklanma qaydalarına riayət etmək: Nəqliyyat vasitələrini yalnız xüsusi parklanma zonalarında saxlayın. Parkinqin ilk 15 dəqiqəsi ödənişsizdir. Ödənişləri “Tezödə”, “AzParkinq” və “Birbank” vasitəsilə onlayn etmək mümkündür.
Xüsusi dəstək müraciətləri: Xüsusi qayğıya ehtiyacı olan sərnişinlərin uçuşdan ən azı 48 saat əvvəl aviaşirkətlə əlaqə saxlamaları xahiş olunur.
Xatırladaq ki, “Formula 1” Azərbaycan Qran-Prisinin əsas yarış proqramı 24–26 sentyabr tarixlərində baş tutacaq.
No Comment! Be the first one.