Bakı Metropolitenində yenilik: 239 vaqon yenilənəcək – AÇIQLAMA
Bakı Metropolitenində istismar müddəti başa çatan vaqonların mərhələli şəkildə silinməsi və vaqon parkının yenilənməsinə başlanılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin baş mühəndisi Namiq Yusubov məlumat verib.
Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində 2030-cu ilədək istismar müddəti bitən 35-40 hərəkət tərkibi (təxminən 239 vaqon) yenisi ilə əvəzlənəcək. Planlaşdırılan yeniliklər çərçivəsində Bənövşəyi xətt üçün təxminən 200 yeni vaqon alınacaq. Eyni zamanda, Qırmızı və Yaşıl xətlərdə yeni dönüş kameralarının inşası hesabına qatarlararası intervalların azaldılması və əlavə hərəkət tərkiblərinin xəttə buraxılması nəzərdə tutulur.
No Comment! Be the first one.