Bakı metrosunda xətlər ayrılır
Bakı Metropolitenində qırmızı və yaşıl xətlərin bir-birindən ayrılması layihəsinin icrasına rəsmən başlanılıb.
hadiseler.info xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin istismar üzrə baş mühəndisi Namiq Yusubov məlumat verib. Layihənin əsas məqsədi hər iki xəttin tam müstəqil fəaliyyət göstərməsini təmin etməkdir.
Bu məqsədlə ilkin olaraq “Dərnəgül” deposunun tikintisinə başlanılıb və depoya gedən 2 kilometrlik yol inşa edilib. Xətlər ayrıldıqdan sonra qırmızı xətt üzrə qatarlar “Həzi Aslanov” – “İçərişəhər”, yaşıl xətt üzrə isə “Dərnəgül” – “Nizami” stansiyaları arasında hərəkət edəcək.
İşlərin tam başa çatdırılması təxminən 11 ay müddətinə planlaşdırılır. Yekunda qatarlararası intervallar minimuma enəcək və hərəkət daha çevik təşkil olunacaq.
No Comment! Be the first one.