Bakı sakininin maşını Şuşada tank əleyhinə minaya düşdü
İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, hadisə 2026-cı il sentyabrın 28-də keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə qeydə alınıb.
1979-cu il təvəllüdlü Bakı şəhər sakini Bayramov Bəxtiyar Mirzə oğlunun idarə etdiyi avtomobil tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində Bəxtiyar Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Şuşa Rayon Prokurorluğunda araşdırma aparılır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq bir daha vətəndaşlara müraciət edərək təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa və bələd olmadıqları, çəpərlənmiş ərazilərə müdaxilə etməməyə çağırır.
No Comment! Be the first one.