Ərdoğanın müavini istefa verdi
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Fatma Betül Sayan Kaya partiyadakı vəzifəsindən istefa verib.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, Kaya müxalifətin onun və həyat yoldaşının iştirakı ilə həyata keçirilən birja əməliyyatları və fon iddiaları fonunda postunu tərk edib.
Əvvəllər Ailə və Sosial Siyasət Naziri vəzifəsini tutan Kaya daha sonra “X” sosial şəbəkə hesabında məsələ ilə bağlı paylaşım edib.
Onun sözlərinə görə, ölkə Prezidenti və partiya sədri Rəcəb Tayyib Ərdoğandan xahiş edərək partiyadakı səlahiyyətlərinə (MYK və MKYK üzvlüyünə) son verilməsini istəyib.
Türkiyəli rəsmi bildirib ki, o, haqqındakı ittihamların partiyadakı fəaliyyətindən müstəqil olaraq araşdırılması və postunun siyasi mübahisənin bir hissəsinə çevrilməməsi məqsədilə bu qərarı verib.
No Comment! Be the first one.