11 illik bazada kolleclərin boş qalan yerlərinə qəbul nəticələri AÇIQLANDI
Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbulun nəticələrini elan edib.
hadiseler.info xəbər verir ki, tam orta təhsil bazasında kolleclərin boş qalan yerlərinin müsabiqəsində iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1818 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in rəsmi internet saytından, eləcə də “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali və ya orta ixtisas müəssisəsinə göndərilməyəcək.
No Comment! Be the first one.