Bakı və Abşeronda aksizli pivə çəlləkləri ilə bağlı pozuntular AŞKARLANDI- FOTOLAR
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarət tədbirləri çərçivəsində Bakı şəhərinin Suraxanı rayonunda və Abşeron rayonunda fəaliyyət göstərən təsərrüfat subyektlərində ciddi nöqsanlar müəyyən edilib.
hadiseler.info xəbər verir ki, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Pünhan Fərəcova məxsus obyektdə keçirilən vergi nəzarəti zamanı aksiz markası ilə markalanmayan, ümumi həcmi 5 695 litr olan 165 ədəd pivə çəlləyi aşkarlanıb.
Bundan başqa, Abşeron rayonunda Mehrac Hüseynova məxsus obyektdə aksiz markası düzgün tətbiq edilməyən və təkrar istifadə olunduğu müəyyənləşdirilən, ümumi həcmi 890 litr təşkil edən 27 ədəd pivə çəlləyi müəyyən olunub.
Qanunsuz dövriyyədə olan pivə çəlləkləri müəyyən edilmiş qaydada siyahıya alınaraq müvafiq akt və protokollarla rəsmiləşdirilməklə götürülüb. Hazırda hər iki fakt üzrə müvafiq rəsmiləşdirmə və hüquqi prosedurlar davam etdirilir.






No Comment! Be the first one.