Bakıda 16 avtobusun hərəkət sxemi dəyişdirilir
Süleyman Sani Axundov küçəsində aparılacaq təmir işləri ilə bağlı sentyabrın 29-dan etibarən nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.
hadiseler.info xəbər verir ki, tətbiq edilən məhdudiyyət səbəbindən 16 müntəzəm marşrut avtobusunun (2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli) hərəkət sxemi dəyişdiriləcək.
Dəyişikliyə əsasən, qeyd olunan marşrutlar üzrə avtobuslar əsasən İbrahimpaşa Dadaşov, Cəfər Xəndan küçələri, Azadlıq prospekti, Binəqədi şosesi, Əhməd Rəcəbli küçəsi və Ziya Bünyadov prospekti istiqamətlərində alternativ yollardan istifadə edərək hərəkət edəcəklər.
No Comment! Be the first one.