570 metr dərinlikdə iki cəsəd TAPILDI
Şimali Kiprin Girnə şəhəri yaxınlığında “FiloJet” sürət katamaranının batdığı ərazidə yürüdülən axtarış-xilasetmə əməliyyatları çərçivəsində dərinlikdə daha iki nəfərin meyiti aşkarlanıb.
hadiseler.info xəbər verir ki, bu barədə “Yenidüzen” qəzeti ŞKTR-nin Baş naziri Ünal Üstelə istinadən məlumat yayıb.
Məlumata görə, cəsədlər dənizin 570 metr dərinliyində aparılan sualtı axtarış-xilasetmə tədbirləri zamanı aşkar edilib. Ərazidə itkin düşənlərin tapılması və faciənin tam səbəblərinin üzə çıxarılması istiqamətində əməliyyatlar davam etdirilir.
No Comment! Be the first one.