Putin Rusiya ordusunun şəxsi heyət sayını artırdı
Rusiya Prezidenti Vladimir Putin Silahlı Qüvvələrin yeni şəxsi heyət sayının müəyyən edilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə xüsusi vəsaitin ayrılması barədə hökumətə tapşırıq verib.
hadiseler.info xəbər verir ki, bu barədə hüquqi aktların rəsmi portalında dərc olunan prezident fərmanında qeyd edilib.
Sənədə əsasən, Rusiya ordusunun təsdiqlənmiş şəxsi heyət sayı 2 441 630 nəfər (o cümlədən 1 550 500 hərbi qulluqçu) səviyyəsində müəyyənləşdirilib. Fərmanın icrasını təmin etmək məqsədilə hökumət dövlət büdcəsindən Müdafiə Nazirliyinə müvafiq maliyyə vəsaitinin ayrılmasını təmin etməlidir.
Fərman imzalandığı gündən etibarən qüvvəyə minib.
No Comment! Be the first one.