Bakıda 4 500-ə yaxın məzun məktəbi fərqlənmə attestatı ilə bitirib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 4 490 şagird təhsilini fərqlənmə attestatı ilə başa vurub.
hadiseler.info xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib.
Məlumata əsasən, fərqlənmə attestatına layiq görülənlərdən 1 961 nəfəri XI sinif (tam orta təhsil), 2 529 nəfəri isə IX sinif (ümumi orta təhsil) məzunudur.
Qeyd edək ki, fərqlənmə attestatı təhsil aldığı müddətdə bütün fənlərdən illik (yekun) qiymətləri “5” olan və buraxılış imtahanlarında hər fənn üzrə minimum 75 bal toplayan şagirdlərə verilir. Məzunlara bu sənədin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı ilə məktəbin Pedaqoji Şurasında baxılır.
Xatırladaq ki, 2025–2026-cı tədris ilindən etibarən attestatlar elektron formatda təqdim olunur. Bu ilin məzunları təhsil sənədlərini “myGov” platforması üzərindən əldə edə bilərlər.
No Comment! Be the first one.