Bakıda 4 mindən çox qanunsuz qəlyan tütünü dövriyyədən çıxarıldı
Bakıda keçirilən əməliyyat nəticəsində gömrük qaydaları pozulmaqla ölkəyə gətirilmiş böyük miqdarda qəlyan tütünü aşkar edilərək götürülüb.
hadiseler.info xəbər verir ki, Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının Qaradağ rayonundakı anbarlardan birində keçirdiyi kompleks tədbirlər zamanı aksiz markası ilə nişanlanmayan 4 263 ədəd qəlyan tütünü aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.