Bakıda avtomobil hasara çırpılaraq aşıb – VİDEO
Bakı şəhərində nəqliyyat vasitəsinin aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, qəza gecə saatlarında qeydə alınıb.
“KIA” markalı, 85 CC 085 dövlət qeydiyyat nişanlı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı hasara çırpılıb. Zərbənin təsirindən avtomobil banı üstə aşıb.
Xoşbəxtlikdən, hadisə zamanı ağır xəsarət alan olmayıb.
No Comment! Be the first one.