Bakıda “BMW” qəza edərək klinikaya girdi – Fotolar
Bakıda avtomobilin iştirakı ilə qeyri-adi və ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, insident bu gün paytaxtın Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində qeydə alınıb.
Cəfər Xəndan küçəsində hərəkətdə olan “BMW” və “Hyundai” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən idarəetmədən çıxan “BMW” səkiyə çıxaraq yandakı “Universal Hospital”ın binasına çırpılıb.
Hadisə nəticəsində hər iki avtomobilə və tibb müəssisəsinin binasına ciddi ziyan dəyib, klinikanın şüşələri qırılıb. Xəsarət alanlar barədə hələlik rəsmi məlumat verilməyib.
(Fotolar: AZƏRTAC)



No Comment! Be the first one.