Bakıda döyüş açılışı növü üzrə yarışlar keçirilib
hadiseler.info xəbər verir ki, Bakıda keçirilən yanğındöndürmə və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının proqramına uyğun olaraq, noyabrın 7-də son mərhələ olan döyüş açılışı növü üzrə yarışlar keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, yarışların yekununda qaliblər və mükafatçılar müəyyənləşib.
Kişilər arasında döyüş açılışı növündə komandalar arasında I yeri Qazaxıstan Respublikası, II yeri Monqolustan, III yeri isə Özbəkistan Respublikasının komandası tutub.
Qadınlar arasında I yerə Rusiya Federasiyası, II yerə Belarus Respublikası, III yerə isə Qazaxıstan Respublikasının komandası layiq görülüb.
Qalib və mükafatçılara medalları Yanğındöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının baş katibi Andrey Kulik təqdim edib. Mükafatlandırma mərasimində qalib ölkələrin dövlət himnləri səsləndirilib.
No Comment! Be the first one.