Bakıda Formula 1 həftəsində yeni tranzit dəhliz təşkil olunacaq
Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi günlərində şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkətini tənzimləmək məqsədilə tranzit dəhlizlər fəaliyyət göstərəcək.
hadiseler.info xəbər verir ki, 2023-cü ildən tətbiq edilən bu təcrübə çərçivəsində 2026-cı ildə nəqliyyat imkanları daha da genişləndirilir. İlk dəfə olaraq Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhliz yaradılacaq.
Hərəkət müvəqqəti olaraq aşağıdakı istiqamətlərdə mümkün olacaq:
Salyan şossesindən Neftçilər prospekti və Azneft dairəsi istiqamətində;
M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət küçəsi istiqamətində;
Bülbül prospektindən sağa Zərifə Əliyeva küçəsi və düzünə Neftçilər prospekti istiqamətində;
Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsi istiqamətində;
Ü. Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində.
Nəqliyyat vasitələri üçün çıxış nöqtələri:
Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;
İstiqlaliyyət küçəsindən Azərbaycan prospekti istiqamətində;
Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şossesi istiqamətində.
Tranzit dəhlizlərin iş qrafiki:
21 və 22 sentyabr: Səhər 07:00 – 09:00, axşam 18:00 – 20:00
23 sentyabr: Səhər 07:00 – 09:00, axşam 20:00 – 22:00
Qeyd edək ki, Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 24–26 sentyabr 2026-cı il tarixlərində keçiriləcək.
No Comment! Be the first one.