Bakıda güclü yanğın başladı
Bakının Xətai rayonu ərazisində güclü yanğın başlayıb.
Hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Yayılmış kadrlar ərazidə qatı tüstü kütləsinin yüksəldiyini göstərir.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının hansı obyekt və ya ərazidə baş verməsi, həmçinin xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat yoxdur.
Alovun söndürülməsi istiqamətində işlər aparılır
Əraziyə cəlb edilən yanğınsöndürənlər tərəfindən alovun genişlənməsinin qarşısını almaq və yanğını tam söndürmək üçün operativ tədbirlər davam etdirilir.

No Comment! Be the first one.