Bakıda kütləvi davada 1 nəfər öldü – VİDEO
Bakıda ölümlə nəticələnən kütləvi davanın şok doğuran təfərrüatları və cinayətin iştirakçısı olan şəxslər barədə yeni məlumatlar üzə çıxıb.
hadiseler.info “Oxu.Az”a istinadən xəbər verir ki, paytaxtda qanlı insidentə səbəb biznes münasibətlərində yaranmış kəskin mübahisə olub. Dəhşətli cinayətdə iştirak etdiyi bildirilən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. Hadisədən sonra onun könüllü qaydada polisə təslim olduğu bildirilir.
Polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə hadisənin digər iştirakçıları olan Kamran və Həsən də saxlanılıblar. Məlumata görə, həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində reabilitasiya mərkəzi idarə edirmişlər.
Xatırladaq ki, Xətai rayonunun Əhmədli qəsəbəsində baş verən kütləvi dava zamanı bir nəfər (Ceyhun) qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb. Hüquq-mühafizə orqanları tərəfindən davanın digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
No Comment! Be the first one.