Bakıda liseyin yaxınlığında ağac yandı – Məktəbin elektrik xətlərinə zərər dəydi
Bakı şəhərində təhsil müəssisəsinin yaxınlığında yanğın hadisəsi qeydə alınıb.
hadiseler.info xəbər verir ki, “Zəngi” liseyinin yaxınlığındakı yaşayış kompleksinin həyətində ağacın yanması nəticəsində məktəbin akt və idman zalına gələn elektrik xətlərinə zərər dəyib.
Yanğın Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qısa müddət ərzində təhsil müəssisəsinə elektrik enerjisinin verilişi tam bərpa olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb, tədris prosesi normal qaydada davam edir.
No Comment! Be the first one.