Bakıda motosikletlə avtoxuliqanlıq edən sürücü həbs olundu
Bakıda yol hərəkəti qaydalarını davamlı olaraq pozaraq digər hərəkət iştirakçılarının hayatı və sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü məsuliyyətə cəlb edilib.
hadiseler.info xəbər verir ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qayda pozuntuları törədən motosiklet sürücüsü Şamil Qasımov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Qasımovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.
No Comment! Be the first one.