Bakıda məşhur restoranın ətində at DNT-si aşkarlanıb- FOTOLAR
hadiseler.info xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakının Nəsimi rayonunda fəaliyyət göstərən “İbrahim Tatlışiş” kabab evində yoxlama keçirilib.
Yoxlama zamanı istifadə olunan ət farşının keyfiyyət və təhlükəsizlik sənədlərinin olmadığı müəyyən edilib. Götürülən nümunələrin laborator analizi nəticəsində ətin tərkibində at DNT-si aşkarlanıb. Həmçinin obyektdə sanitar-gigiyenik normativlərin pozulduğu və izlənmə sisteminin tətbiq edilmədiyi üzə çıxıb.
Aşkarlanan nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və kabab evinin fəaliyyəti dayandırılıb. Sözügedən obyektdə keçən il keçirilən yoxlamalar zamanı da analoji fakt qeydə alınmışdı.




No Comment! Be the first one.