Bakıda qolları olmayan körpə dünyaya gəlib: Anası övladından imtina etdi- FOTO
Bakının Sabunçu rayonundakı tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib.
hadiseler.info “Unikal.az”a istinadən xəbər verir ki, doğuşdan sonra anası körpədən rəsmi şəkildə imtina edib.
Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi təsdiqləyib. Agentlikdən bildirilib ki, məlumat daxil olan kimi qurumun əməkdaşları prosesə cəlb olunub:
“Uşağın səhiyyə müəssisəsində mövcud vəziyyəti qiymətləndirilib və o, daimi qayğı ilə əhatə olunması üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun olaraq müvafiq uşaq müəssisəsinə yerləşdiriləcək”.
Etik və hüquqi səbəblərdən körpənin və anasının şəxsi məlumatları açıqlanmır.

No Comment! Be the first one.