Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl oğurladı
Bakının Suraxanı rayonunda mənzillərin birindən külli miqdarda qızıl-zinət əşyalarının oğurlanması faktı qeydə alınıb.
hadiseler.info xəbər verir ki, rayon sakini hüquq-mühafizə orqanlarına müraciət edərək evindən ümumi dəyəri 10 000 manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 42 yaşlı V. Məmmədov saxlanılıb.
Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs qızıl-zinət əşyalarını təmizlik və ya təmir işləri görmək üçün usta kimi çalışdığı evdən gizlicə mənimsəyib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar devam etdirilir.
No Comment! Be the first one.