Bakıda yeni metro stansiyasına “20 Sentyabr” adı verildi
Bakıda inşa edilən yeni metro stansiyasının adı müəyyənləşib.
hadiseler.info xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Qərara əsasən, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpa olunması nəzərə alınaraq, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Metropoliteninin Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 194 ünvanında yerləşən yeni stansiyası “20 Sentyabr” adlandırılıb.
Qərardan irəli gələn məsələlərin həlli Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” QSC-yə tapşırılıb.
No Comment! Be the first one.