Bakıda yol qaydalarını davamlı pozan sürücü 25 sutka həbs edildi – VİDEO
Bakıda yol hərəkəti qaydalarını davamlı olaraq pozan və digər hərəkət iştirakçıları üçün real təhlükə yaradan sürücü saxlanılıb.
hadiseler.info xəbər verir ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən idarə etdiyi “Nissan” markalı, 10-TJ-667 dövlət qeydiyyat nişanlı avtomobillə təhlükəli manevrlər edən Fərhad Məmmədov müəyyən olunaraq saxlanılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 25 sutka inzibati qaydada həbs olunub.
No Comment! Be the first one.