Bakının bu küçəsində hərəkət məhdudlaşdırılacaq
Bakıda aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 21-də saat 08:00-dan etibarən paytaxtın Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində – Yeni Həyat küçəsinin Şirvan küçəsi ilə kəsişməsindən 10-cu Müşfiqabad küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri həyata keçiriləcək.
Təmir müddətində göstərilən ərazidə avtomobillərin hərəkəti tam bağlanacaq.
AAYDA sürücülərdən yollarda sıxlığın və tıxacların yaranmaması üçün alternativ yollardan istifadə etmələrini, hərəkət zamanı yol nişanlarına və təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini xahiş edir.
No Comment! Be the first one.