Bakının Xətai rayonunda yanğın baş verib
Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində yanğın hadisəsi qeydə alınıb.
Hadisələr.info “Report”a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə sözügedən ünvanda yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda alovun məhdudlaşdırılması və yanğının tam söndürülməsi istiqamətində əməliyyat-söndürmə tədbirləri davam etdirilir.
Alovun söndürülməsi üçün operativ tədbirlər görülür
Hadisə yerinə FHN-in canlı qüvvə və texnikası cəlb olunub. Yanğının başvermə səbəbi və dəyən ziyan barədə əlavə məlumat veriləcək.

No Comment! Be the first one.