Balakəndə maşın radar dirəyinə çırpılıb – Ər-arvad xəsarət aldı-FOTO
Balakəndə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
hadiseler.info xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonunun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Balakən rayon sakini Etibar Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarındakı radar dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü və onun həyat yoldaşı L. Məmmədova xəsarət alaraq Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


No Comment! Be the first one.