Ballıqaya qətliamından 34 il ötür
Erməni silahlı birləşmələri tərəfindən törədilən və tarixə qanlı faciə kimi düşən Ballıqaya qətliamından 34 il ötür.
hadiseler.info “Bakıvaxtı.az”a istinadən xəbər verir ki, 1992-ci il avqustun 28-də səhər saat 05:00 radələrində Goranboy rayonunun Ballıqaya kəndində dinc azərbaycanlılara qarşı dəhşətli qətliam törədilib. Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq burada çadırlarda məskunlaşan, əsasən Laçın rayonundan olan mülki şəxslərə hücum edib.
Qətliam nəticəsində 24 azərbaycanlı mülki şəxs öldürülüb, 9 nəfər isə ağır yaralanıb. Həlak olanlar arasında 6 uşaq, 13 qadın və 6 yaşlı şəxs var. Qətlə yetirilənlərin ən kiçiyi 6 aylıq körpə, ən yaşlısı isə 93 yaşlı qadın olub. Faciə nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib, bəzi meyitlərin isə yandırıldığı bildirilir.
Ballıqaya qətliamı Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş ən ağır hərbi cinayətlərdən biri kimi tarixdə qalır.
No Comment! Be the first one.