Bərdədə avtomobil evə çırpıldı: 3 nəfər xəsarət aldı-FOTOLAR
Bərdə rayonunda xəsarətlərlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə Alaçadırlı kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı yaşayış evinə çırpılıb. Zərbənin gücündən evin divarının bir hissəsi uçub.
Qəza nəticəsində ev sakinləri — İsmayılzadə Sevinc, İsmayılzadə Xədicə və İsmayılzadə Günel müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


No Comment! Be the first one.