Beyləqanda dəhşətli qəza: Avtomobildən çıxmaq istəyən sürücünü tok vurdu
Beyləqan rayonunda faciəvi ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Təzəkənd kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, Bolsulu kənd sakini Məhəmməd Səfərəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib. Nəticədə minik maşını yol kənarında yerləşən elektrik dirəyinə çırpılıb. Güclü zərbənin təsirindən elektrik dirəyi aşaraq birbaşa avtomobilin üzərinə düşüb. Sürücü nəqliyyat vasitəsindən çıxmaq istəyərkən onu yüksək gərginlikli elektrik cərəyanı vurub və o, aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
No Comment! Be the first one.