Yolda təhlükəli anlar: Motosikletçi qəza şəraiti yaratdı-VİDEO
Bakının Səbail rayonunda motosiklet sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasını əks etdirən görüntülər yayılıb.
hadiseler.info xəbər verir ki, hadisə Bibiheybət yolunda qeydə alınıb. Sürücünün etdiyi təhlükəli manevr qəza şəraiti yaradıb. Kadrlarda motosikletdəki sərnişinin də kaskasız olduğu diqqət çəkib.
Qeyd edək ki, son vaxtlar paytaxtda motosikletlərin iştirakı ilə baş verən qəzaların sayı artıb. Bu hadisələrin əksəriyyətinə məhz qayda pozuntuları səbəb olur.
No Comment! Be the first one.