Biləcəridə hotelin fəaliyyəti dayandırıldı -VİDEO
Bakıda yanğın təhlükəsizliyi qaydalarını kobud şəkildə pozan hotelin fəaliyyəti dayandırılıb.
hadiseler.info xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən mehmanxanada yoxlama aparılıb.
Yoxlama zamanı obyektdə yanğın təhlükəsizliyi sahəsində ciddi nöqsanlar aşkarlanıb:
Obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu nasaz vəziyyətdədir.
Elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib olunmayıb.
Obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib.
Taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb.
Köçürmə yolları müxtəlif materiallarla tutulub.
Obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərini kobud şəkildə pozan mehmanxananın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və sənədin bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
No Comment! Be the first one.