Binəqədi şosesində hərəkətin təşkili dəyişdirilir – VİDEO
Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində hərəkətin təşkilində dəyişikliklər edilir.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, Binəqədi rayonu ərazisində nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətini təmin etmək, xüsusilə günün pik saatlarında yaranan sıxlığı azaltmaq məqsədilə kompleks addımlar atılacaq. Dəyişikliklər çərçivəsində ərazidə hərəkət zolaqlarının sayı artırılacaq, yol nişanları və nişanlanma xətləri yenilənəcək.
Həmçinin Əttarlar küçəsindən yalnız sağa hərəkət etmək mümkün olacaq. Bununla yanaşı, işıqforların iş rejimi optimallaşdırılaraq əsas istiqamətdə yaşıl işığın müddəti artırılacaq. Yeniliklərin nəqliyyat vasitələrinin daha rahat və fasiləsiz hərəkətinə şərait yaradacağı gözlənilir.
No Comment! Be the first one.