Binəqədidə kirayəşin dələduzluğu: Ev sahibinin 8 minlik əşyalarını oğurlayıb qaçdı
Binəqədi rayonunda kirayədə qaldığı evdən minlərlə manat dəyərində əşya oğurlayan şəxs polis əməkdaşları tərəfindən tutulub.
hadiseler.info xəbər verir ki, zərərçəkmiş şəxs polisə müraciət edərək evindən 8000 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 21 yaşlı Tofiq Quluzadə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, T.Quluzadə kirayə qaldığı mənzildən bütün dəyərli əşyaları oğurlayaraq hadisə yerini tərk edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.