Zelenski: Rusiyada 8 hərbi əhəmiyyətli obyekt vurulub – VİDEO
Ukrayna hərbi qüvvələri Rusiyanın müxtəlif regionlarında yerləşən strateji və hərbi əhəmiyyətli obyektlərinə növbəti zərbələr endirib.
hadiseler.info xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada ümumilikdə 8 hərbi əhəmiyyətli obyektin vurulduğunu bildirib.
Hücumlar çərçivəsində Yamalo-Nenets bölgəsində yerləşən neft emalı zavodunun və Dağıstandakı dəniz ticarət limanının hədəf alındığı qeyd olunub. Bundan əlavə, Moskva, Voronej, Həştərxan və Bryansk vilayətlərində yerləşən mühüm obyektlərə də zərbələr endirilib.
No Comment! Be the first one.