Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Qurbanov Sulutəpədə dəfn olunub
hadiseler.info xəbər verir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılaraq şəxsiyyəti müəyyənləşdirilmiş Akif Cəbrayıl oğlu Qurbanov dəfn edilib.
Mərhumla vida mərasimi Binəqədi rayonunun Sulutəpə qəsəbəsində təşkil olunub. Vida mərasimində şəhidin yaxınları, icra hakimiyyətinin rəsmiləri, millət vəkilləri, hərbçilər və qəsəbə sakinləri iştirak ediblər.
Mərasim başa çatdıqdan sonra Akif Qurbanovun nəşinin qalıqları Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb. Qeyd edək ki, 1975-ci il təvəllüdlü Akif Qurbanov 1994-cü ildə Ağdam rayonunun Şotlanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.














No Comment! Be the first one.