Bişkek sammitində ŞƏT liderləri 30-a yaxın sənəd imzaladılar
Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammitinin yekunlarına dair mühüm sənədlər qəbul edilib. İştirakçı dövlətlərin başçıları tədbir çərçivəsində ümumilikdə 28 sənədə imza atıblar.
hadiseler.info “Report.az”a istinadən xəbər verir ki, imzalanan əsas sənədlər sırasına təşkilatın 25 illiyi ilə bağlı Bişkek Bəyannaməsi, üzv dövlətlərin beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə 2026-2028-ci illər üçün Qarşılıqlı Fəaliyyət Planı və limanlar ilə logistika mərkəzlərinin inkişafına dair 2026-2030-cu illəri əhatə edən Fəaliyyət Planı daxildir.
Bundan başqa, dövlət başçıları nüvə və fiziki nüvə təhlükəsizliyi naminə çoxtərəfli tərəfdaşlığın möhkəmləndirilməsi üzrə bəyannaməni, eləcə də Pakistanın Lahor şəhərinin 2026-2027-ci illərdə ŞƏT-in turizm və mədəniyyət paytaxtı elan edilməsi haqqında qərarı və digər strateji sənədləri təsdiqləyiblər.
No Comment! Be the first one.