Böyük Britaniyada qalmaqal: Efirə səhvən Kralın ölüm xəbərini verdilər
Böyük Britaniyanın “Radio Caroline” radiostansiyası canlı efirdə səhvən Kral III Çarlzın vəfat etdiyini elan edib.
hadiseler.info xəbər verir ki, insident “The Barry Marsh Show” proqramının yayımı zamanı baş verib. Efirdə 77 yaşlı Monarxın vəfat xəbəri oxunduqdan sonra milli himn səsləndirilib və təxminən 16 dəqiqəlik sükut yaranıb.
Hadisədən dərhal sonra proqramın aparıcısı dinləyicilərdən üzr istəyərək yaşananların texniki səhv olduğunu açıqlayıb. Məlum olub ki, hazır audiofaylı studiya kompüterinə texniki qulluq göstərən əməkdaş təsadüfən işə salıb. O, faylın canlı efirə gedəcəyini anlamadan maraq ucbatından düyməni basıb.
Səhvini anladıqdan sonra panikaya düşən əməkdaş yayımı dayandıraraq studiyanı tərk edib. Hadisədən sonra həmin işçiyə töhmət verildiyi bildirilir.
No Comment! Be the first one.