Bu marşrutların hərəkət sxemləri dəyişdirildi
Bakının Binəqədi və Hövsan qəsəbələrində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunub.
hadiseler.info xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yol işləri səbəbindən 5 müntəzəm marşrut avtobusunun (120, 120E, 121E, 133 və 170 nömrəli) hərəkət sxemlərinin dəyişdirildiyini bildirib.
Dəyişikliyə əsasən marşrutların fəaliyyət istiqamətləri müvəqqəti olaraq aşağıdakı kimi təşkil edilib:
Binəqədi qəsəbəsi (Cəfər Cabbarlı küçəsindəki təmirə görə):
133 nömrəli marşrut: Son dayanacaq məntəqəsi Gülməmməd Ramazanov küçəsi tənzimlənib.
170 nömrəli marşrut: Hərəkəti Fəhlə küçəsi ilə təmin olunur.
Hövsan qəsəbəsi (8 Noyabr küçəsindəki təmirə görə):
120 nömrəli marşrut: Elman Qasımov küçəsi – Səməd Vurğun parkı;
120E nömrəli marşrut: Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı;
121E nömrəli marşrut: Elman Qasımov küçəsi – metronun “Əhmədli” stansiyası.
Təmir işləri yekunlaşdıqdan sonra avtobusların əvvəlki xətt üzrə fəaliyyəti bərpa olunacaq.
No Comment! Be the first one.