Bu şəxslərə sürücülük vəsiqəsi verilməyəcək
Hərbi biletində belirli tibbi maddələr yer alan vətəndaşlar sürücülük vəsiqəsi almaq istədikdə müəyyən məhdudiyyətlərlə qarşılaşa bilərlər.
hadiseler.info “Yenisabah.az”a istinadla xəbər verir ki, xüsusilə psixi sağlamlıq və əsəb sistemi göstəriciləri ilə bağlı olan 17b maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququna birbaşa təsir göstərir. Tibbi ekspertiza Əsasnaməsinə əsasən, 17b maddəsi psixi fəaliyyətin və əsəb sisteminin yüngül və ya müvəqqəti pozuntularını əks etdirir.
Hərbi biletində 17b maddəsi olan şəxslər sürücülük vəsiqəsi almaq üçün ilk növbədə Narkoloji və Psixonevroloji Dispanserlərdən rəy almalıdırlar. Əgər vətəndaş psixonevroloji dispanserdə aktiv dinamik müşahidədədirsə və ya diaqnozu təhlükə yaradan pozuntular siyahısındadırsa, həkim komissiyası mənfi rəy verir və vəsiqə verilmir.
Bununla yanaşı, məhdudiyyətlər idarə ediləcək nəqliyyat vasitəsinin kateqoriyasından da asılıdır. Həkim komissiyası A və B (həvəskar) kateqoriyalı avtomobillərin idarə edilməsinə icazə versə də, peşəkar sürücülük (C, D kateqoriyaları və ya operativ nəqliyyat vasitələri) üçün tibbi tələblər daha sərt olduğundan bu kateqoriyalar üzrə məhdudiyyət tətbiq olunur.
Məhdudiyyəti aradan qaldırmaq və ya dəqiqləşdirmək üçün vətəndaş psixonevroloji dispanserdə təkrar tibbi müayinədən keçməlidir. Aktiv psixi pozuntu aşkar edilmədikdə və şəxs qeydiyyatdan çıxarıldıqda, müsbət rəy əsasında sürücülük vəsiqəsi almaq hüququ təmin edilir.
No Comment! Be the first one.