“Bura arzular, istəklər verilişi deyil” – Hakimlər Komitəsinin sədri
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov futbol hakimləri və klubların təyinatlara münasibəti ilə bağlı verilən sualları cavablandırıb.
hadiseler.info verir ki, komitə sədri “Heç olub ki, hansısa klub bu hakimi istəmirik deyə sizə müraciət etsin?” sualına kəskin reaksiya verib.
Rəhim Həsənov klubların hakimləri seçmək hüququnun olmadığını vurğulayıb: “Bura arzular, istəklər verilişi deyil ki, kimsə desin ‘mən bu hakimi istəmirəm’. O klub istəmədi, bu klub istəmədi, bəs hakimi hara göndərək? Biz hansısa kluba deyirik ki, bu futbolçunu oynatma? Demirik”.
No Comment! Be the first one.