64 yaşlı erməni kişi evində bıçaqlanaraq öldürüldü
İstanbulun Beyoğlu rayonunda yerləşən yaşayış binalarının birində 64 yaşlı Aqop (Hakob) Dəğirməncioğlunun meyiti tapılıb.
hadiseler.info “Ermenihaber”ə istinadən xəbər verir ki, qətl şübhəlisi kimi 45 yaşlı Mehmet Şərif Tayık saxlanılıb.
Məlumata görə, şübhəli şəxs cinayəti törətdikdən sonra özü polisə zəng edərək Aqopun evindən kəskin, pis qoxu gəldiyini bildirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları mənzildə meyiti aşkarlayıblar. Aparılan ilkin araşdırmalar zamanı ev sahibinin çoxsaylı bıçaq zərbələri nəticəsində həyatını itirdiyi məlum olub.
M. Ş. Tayık dindirilmə zamanı ifadəsində Aqopla aralarında kirayə haqqı ilə bağlı mübahisə düşdüyünü, təhqir olunduğu üçün onu bıçaqladığını etiraf edib.
Şübhəli şəxs məhkəmənin qərarı ilə həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.
No Comment! Be the first one.