Cəzaçəkmə müəssisəsinə ayaqqabının dabanında narkotik keçirməyə cəhd edildi
1 saylı cəzaçəkmə müəssisəsinə xüsusi gizli üsulla narkotik və psixotrop maddələr keçirilməsinin qarşısı alınıb.
hadiseler.info xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsində saxlanılan məhkuma atası tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Yoxlama zamanı idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 16 ədəd bükülüdə ümumilikdə 13,635 qram heroin, 4,529 qram metamfetamin və 2,825 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ədliyyə Nazirliyindən bir daha vətəndaşların diqqətinə çatdırılıb ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilıməsi və ya hər hansı yolla ötürülməsi qanunvericiliyə əsasən birbaşa cinayət məsuliyyətinə səbəb olur.

No Comment! Be the first one.