Ceyhun Bayramov Trampın ev sahibliyi etdiyi qəbulda iştirak edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi ilə keçirilən rəsmi qəbulda iştirak edib.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Məlumatda bildirilib ki, bu qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ tərəfdaşlığının genişləndiyi bir dövrə təsadüf edir.
“Biz əməkdaşlığın enerji, ticarət və investisiya sahələrində daha da gücləndirilməsini səbirsizliklə gözləyirik”, – deyə XİN-in açıqlamasında vurğulanıb.
No Comment! Be the first one.