Ceyhun Bayramov: “Türkiyəyə sarsılmaz qardaş dəstəyimizi bir daha təsdiqləyirəm”
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) rəsmi açılış mərasimində xarici işlər naziri Ceyhun Bayramov mühüm bəyanatla çıxış edib.
hadiseler.info xəbər verir ki, nazir Azərbaycanın növbəti iqlim sammitinə ev sahibliyi etməyə hazırlaşan Türkiyəyə sarsılmaz qardaşlıq dəstəyini bir daha diqqətə çatdırıb.
Ceyhun Bayramov vurğulayıb ki, COP29 və COP31 sədrlikləri arasında qurulan sıx əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir. Nazirin sözlərinə görə, bu birgə fəaliyyət əməkdaşlığın ardıcıl davam etdirilməsinə və qlobal iqlim fəaliyyətinin davamlılığının təmin olunmasına xidmət edir.
Qeyd edək ki, Türkiyə bu il COP31 beynəlxalq iqlim sammitinə ev sahibliyi edəcək.
No Comment! Be the first one.