Çində robotlar işdən qovuldu
Çinin “Agibot” şirkətinə məxsus altı humanoid robot Şanxay şəhərindəki marketlərdən birində 24 saatlıq iş növbəsinə cəlb olunub.
hadiseler.info xəbər verir ki, “TechSpot” nəşrinin yaydığı məlumata görə, sınaq müddəti ərzində robotlar ümumilikdə 2 minə yaxın tapşırığı yerinə yetiriblər.
Robotların vəzifələrinə qəhvə hazırlamaq, mağazanı təmizləmək və müştərilərə xidmət göstərmək daxil olsa da, sınaq bütün humanoidlər üçün uğurlu alınmayıb. Robotlardan biri dolmuş zibil qutusu ilə qarşılaşdıqdan sonra koordinasiyasını itirərək mağazanı tərk edib. Rəfləri yoxlamağa cavabdeh olan digər robot isə tapşırığın öhdəsindən lazımi səviyyədə gələ bilməyib. Nəticədə altı robotdan ikisi sınaqdan keçə bilməyib, qalan dördü isə işi qənaətbəxş başa vurub.
“Robotlar heç vaxt işdən çıxmırlar” adı altında təşkil olunan və onlayn yayımlanan bu təcrübənin məqsədi humanoid robotların adi ticarət mühitində insan əməyini nə dərəcədə əvəz edə biləcəyini yoxlamaq olub. Sınaq bir daha göstərib ki, robotlar gündəlik rutin işləri yerinə yetirə bilsələr də, gözlənilməz vəziyyətlərdə hələ də çətinliklərlə üzləşirlər.
No Comment! Be the first one.