Çində yaşayış kompleksində güclü yanğın: 14 ölü
hadiseler.info xəbər verir ki, Çinin şimalındakı Şansi əyalətində yerləşən yaşayış komplekslərindən birində güclü yanğın baş verib.
Çin Mərkəzi Televiziyasının məlumatına görə, hadisə Tayyuan şəhərinin İnçze rayonundakı yaşayış binasında qeydə alınıb. Yanğın nəticəsində 14 nəfər həyatını itirib, 33 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerində fəsadların aradan qaldırılması və xilasetmə işləri davam etdirilir. Yanğının başvermə səbəbi hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.
No Comment! Be the first one.